Həftənin ilk iş gününün havası

21 Oktyabr, 2019 10:30 | Sosial | Baxış sayı: 33
Payız
Payız

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək

Həftənin ilk il günü Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti təşkil edəcək. Bakıda gecə 15-17° isti, gündüz 21-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti təşkil edəcək.