Marixuanadan istifadə qanuniləşir

21 Oktyabr, 2017 17:14 | Sosial | Baxış sayı: 287
Marixuana
Marixuana

Peruda marixuana tibbi məqsədlərlə istifadə ediləcək

Latın Amerikası ölkəsi olan Peruda marixuana tibbi məqsədlərlə istifadə ediləcək.

Bu məsələ artıq rəsmi qaydada təsdiqlənib.

Belə ki, mühafizəkarların üstünlük təşkil etdiyi Məclisdə marixuananın tibbi məqsədlə istehsalı, idxalı və satışının mümkünlüyünü nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Məclisdə 5 nəfər layihənin əleyhinə, 67 nəfər isə lehinə səs verib.

Millət vəkillərinin fikrincə, bu layihə minlərlə xəstənin həyat keyfiyyətini yüksəlməsinə kömək edəcək.

Qanunun Peru prezidenti Pedro Pablo Kuzinski tərəfindən dəstəkləndiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Çili və Kolumbiya da marixuananın tibbi məqsədlə istifadə edilməsinə icazə vermişdi. 2013-cü ildə isə narkotiklərin sərbəst istifadəsinə icazə verən ilk Latın Amerikası ölkəsi olub./Publika.az