11-ci sinfi bitirənlər 2 qrupa imtahan verəcək

21 Oktyabr, 2017 09:55 | Sosial | Baxış sayı: 171
İmtahan zamanı
İmtahan zamanı

Yenilik 2018-ci ildən tədbiq ediləcək

Bu tədris ilində XI sinfi bitirənlərə iki dəfə qəbul imtahanlarında iştirak etmək imkanı veriləcək. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  deyib.

O qeyd edib ki, keçən il bu yenilik yalnız bir qrup çərçivəsində tətbiq edilib: “Yəni, abituriyent qəbul imtahanının birinci mərhələsində hansı qrup üzrə iştirak etmişdisə, iyulda keçirilən ikinci imtahanda da eyni qrupun imtahanında iştirak etməli idi.

Gələn il isə hər abituriyentə iki fərqli qrup üzrə də imtahan vermək şansı tanınacaq. Onlar istəsə, qəbul imtahanlarının hər ikisində eyni və ya fərqli qrupda imtahan verərək ali məktəblərə qəbul müsabiqəsində iştirak edə biləcəklər.