Azərbaycanın bu qəsəbəsi Yeni ili qeyd edir - VİDEO

21 Sentyabr, 2020 17:34 | Sosial | Baxış sayı: 194
Qırmızı Qəsəbədə Yeni il
Qırmızı Qəsəbədə Yeni il

Qubanın Qırmızə Qəsəbə yaşayış məntəqəsində yaşayan dağ yəhudiləri milli Roşa-Şana bayramını qeyd edirlər.

İstiPress-in şimal bürosunun məlumatına görə, onlar yəhudi təqviminə görə 5781-ci ilin - Yeni ilin gəlişini qeyd edirlər.

Pandemiya səbəbindən bu il bayram təntənəli surətdə qeyd edilməsə də, sinaqoqlarda ibadət edilməsə də, Qırmızı Qəsəbədə hərə öz evində Roşa-Şananın gəlişini qeyd edir.

Bayram ərəfəsində Quba İH başçısı Ziyəddin Əliyev Qırmızı Qəsəbədə olub. Yerli sakinlərlə pandemiya şərtləri çərçivəsində görüşən Ziyəddin Əliyev onları Roşa-Şana münasibətilə təbrik edib, onların hər birinə sağlamlıq arzulayıb.

Qeyd edilib ki, Qırmızı Qəsəbədə 3000-ə yaxın yəhudi yaşayır və onların dini azadlığının təbliği üçün heç vaxt maneə olmayıb.