Xəzərdəki bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr, 2019 13:01 | Sosial | Baxış sayı: 37
Xəzər dənizi
Xəzər dənizi

Xəbərdarlıq güclü küləklə bağlıdır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə sabah günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq göndərilib”.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaydığı məlumata görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib: “Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb”.

Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.