Dalğanın hündürlüyü 4 metrə çatır - FAKTİKİ HAVA, YENİLƏNİB

21 Sentyabr, 2019 15:41 | Sosial | Baxış sayı: 205
Dalğalı dəniz
Dalğalı dəniz

Bakıda küləyin sürəti 35 m/s olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 15:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. Məlumata görə, şimal- qərb küləyinin sürəti Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Saat 12:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 12:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, simal-qərb küləyi Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib. 

Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.