Bakıda məktəb direktoru vəzifəsindən azad olundu

21 Sentyabr, 2017 14:24 | Sosial | Baxış sayı: 251
Məmur kreslosu
Məmur kreslosu

Hazırda direktor vəzifəsinin müvəqqəti icrası məktəbin direktor müavininə həvalə edilib

Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 213 saylı tam orta məktəbin direktoru vəzifəsindən azad olunub. 

İstiPress xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi faktı report-a təsdiqləyib. 

İdarədən bildirilib ki, çalışmanın yaş həddinə çatması ilə əlaqədar Bakı şəhəri 213 saylı tam orta məktəbin direktoru Əliyev Yasin Hüseyn oğlu ilə bağlanmış əmək müqaviləsi 28 avqust 2017-ci il tarixində ləğv edilib: "Hazırda direktor vəzifəsinin müvəqqəti icrası məktəbin direktor müavininə həvalə edilib".