Qubada başlayan daha bir yanğın dərhal söndürüldü

21 Avqust, 2019 20:12 | Sosial | Baxış sayı: 97

Yanğınsöndürənlərin və yerli əhali birgə işləyib

Qubada bu gün Çiçi-Qənidərə ərazisində başlayan  yanğın qısa vaxt ərzində söndürülüb.

İstiPress-in şimal bürosuna Quba İH başçısının müavini Xanlar Heybətovin verdiyi açıqlamaya görə, bu massivdə sakinlərə məxsus 2 hektar biçilmiş ot sahəsi yanıb.

Hadisə yerində işləyən yanğınsöndürənlərin və yerli əhalinin qüvvəsilə alovun meşə massivinə keçməsinin qarşısı alınıb. Bu yanğın hadisəsilə bağlı  da rayon FHK araşdırma aparır.

Sakinlərə dəyən ziyan dəqiqləşdirilir.