Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir - CƏDVƏL

21 Avqust, 2017 09:11 | Sosial | Baxış sayı: 108
Bakı - Sumqayıt qatarı
Bakı - Sumqayıt qatarı

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən İstiPress-ə verilən məlumata görə, Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 (otuz beş) gün müddətində "Texniki fasilə"nin verilməsi ilə əlaqədar olaraq, 22.08.2017-ci ildən 26.09.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından  əldə etmək olar.