Bakıda bu marşrutların yolu dəyişdi - SİYAHI

21 İyun, 2018 13:03 | Sosial | Baxış sayı: 102
"Baku Bus" avtobusları
"Baku Bus" avtobusları

14 marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

İstiPress Bakı Nəqliyyat Agentliyinin saytına istinadən xəbər verir ki, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Belə ki, 24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.