İŞİD-i İslamla nə bağlayır?

21 İyun, 2017 16:02 | Sosial | Baxış sayı: 166
İŞİD zülmündən qaçanlar
İŞİD zülmündən qaçanlar

Çingiz Hüseynov bir sıra məqamlara aydınlıq gətirib

“Bu gün dünyanın ən başlıca böhranı elə absurd forma alıb ki, insanlar hansısa ideyalar uğrunda özlərini qurban verirlər. Zombiləşmiş insanlar meydana gəlib. İŞİD-i nəzərdə tuturam.”

İstiPress-in məlumatına görə, bunu “VestnikKavkaza” saytına müsahibəsində nasir, tənqidçi, ədəbiyyatşunas, tərcüməçi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Çingiz Hüseynov deyib.

O bildirib ki, dinə görə müharibə tamamilə mənasızdır və heç bir nəticəsi olmur.

“Belə müharibə heç kimə lazım deyil. Uğursuzluğa məhkumdur. Bu müharibə İslam bayrağı altında aparılır, halbuki bunun İslam dininin aşıladığı dəyərlərlə, “Quran-i Kərim”də qeyd olunanlarla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq müqəddəs kitabda təbliğ olunan ideyaların sürətli şəkildə saxtalaşdırılması prosesi gedir”, - deyə Çingiz Hüseynov bildirib.

Əməkdar İncəsənət xadimi hesab edir ki, İslam dini əsasında terrorla bir neçə formada mübarizə aparmaq mümkündür.

Çingiz Hüseynovun sözlərinə görə, birincisi, təbliğat mexanizmini gücləndirmək lazımdır. İslam dininin gözəl dəyərlərinin təbliğinə böyük ehtiyac var.