Azərbaycanda bayram namazının vaxtı açıqlandı

21 İyun, 2017 15:30 | Sosial | Baxış sayı: 424
Bayram namazı qılan müsəlmanlar
Bayram namazı qılan müsəlmanlar

QMİ məlumat yaydı

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) İstiPress-ə verilən məlumata görə, bayram namazı iyunun 26-da səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin hər iki məsciddə bayram namazlarına qatılacağı gözlənilir.