Daha bir məktəbli yelləncəkdə boğulub

21 May, 2020 16:01 | Sosial | Baxış sayı: 196
Yelləncək
Yelləncək

Həkimlər kritik vəziyyətdən çıxara biliblər

Son bir həftədə şimal rayonlarında iki məktəbli uşaq yelləncəkdə boğulub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Şabran şəhərinin Nəbi Məstanov küçəsində yaşayan 11 yaşlı Əli Məlikli yaşadığı evin həyətindəki yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və o boğulmağa başlayıb.

Xoşbəxtlikdən uşağın ailə üzvləri yaxınlıqda olub və onu xilas edərək Şabran rayon mərkəzi xəstəxanasına çatdırıblar. Reanimasiya şöbəsinə yerləşdirilən Əli Məliklini Şabranın həkimləri kritik vəziyyətdən çıxara biliblər.

İkinci hadisə isə təəssüf ki, ölümlə nəticələnib. Qubanın Alpan kəndində yaşayan, 13 yaşlı Etibar Novruzov yaşadığı evin yaxınlığında heyvan otararkən yelləncəkdə oynayıb və bu zaman sintetik ip boğazına dolaşıb.Ətrafda həmin vaxt heç kim olmadığından Etibarı xilas edən olmayıb. Etibar Novruzov Respublika Olimpiya İdman Məktəbində güləş növü üzrə təhsil alırmış.

Hər ki faktı Şabran və Quba rayonlarının hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırır.