“Tarqovı”nın bağlanması xəbəri yalan çıxdı - RƏSMİ

21 May, 2019 15:31 | Sosial | Baxış sayı: 56
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

DİN: "Bunu bizdən niyə soruşursunuz ki? Nə məhdudiyyət?"

Daxili İşlər Nazirliyi mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib.

İstiPress-in məlumatına görə, Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov qeyd edib ki, bu barədə hər hansı açıqlama yaymayıblar:

“Biz belə bir məzmunda açıqlama yaymamışıq, bunu bizdən niyə soruşursunuz ki? Nə məhdudiyyət? Belə məlumat yaymamışıq”.

Yayılan məlumata görə, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mayın 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də “Respublika Günü” ilə əlaqədar “İstiqlaliyyət” küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq.