Qadın bir dəfəyə 6 uşaq doğdu

21 May, 2019 10:37 | Sosial | Baxış sayı: 118
Körpə
Körpə

4,5 milyonda bir görülən nadir hadisə Polşada baş verib

Polşada tibb dünyasında nadir hesab edilən hadisə baş verib. Krakov şəhərində qadın 6 uşaq birdən dünyaya gətirib. Qadın hamiləliyinin 29-cu həftəsində qeysəriyyə əməliyyatı olub. Doğulan uşaqlardan 4-ü qız, 2-i isə oğlandır. Ən balaca körpənin çəkisi 800, ən böyüyünki isə 1200 qramdır. Körpələrin hamısı küvəzə yerləşdiriliblər. 

Uşaqların yaxın 2-3 həftə ərzində sərbəst nəfəs ala biləcəkləri gözlənilir. 

Xəstəxananaın həkimlərinin sözlərinə görə, hələlik uşaqların vəziyyətləri qənaətbəxşdir. 

Xatırladaq ki, bu nəinki Polşa üçün, eləcə də bütün dünya üçün nadir hadisədir. Bənzər hamiləlik 4,5 milyondan bir ola bilər.