Milyonlar xərclənən Babək prospekti yenə çökdü

21 May, 2019 13:19 | Sosial | Baxış sayı: 160
Babək prospekti
Babək prospekti

Çökən yolda "Mercedes" markalı maşaın zədələnib

Bir neçə ay öncə milyonlarla manat xərclənərək təmir edilən babaək prospektində yenə çökmə baş verib. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, prospektdə yolun çökməsi səbəbindən daha bir avtomobil qəzaya uğrayıb.

Məlumata görə, “Mercedes” markalı avtomobil həmin yerdən keçərkən qəzaya düşərək zədələnib.

Qeyd edək ki, bu ötən ilin sonunda bir ilə yaxın təmirdən sonra istismara verilən yolda baş verən ilk çökmə deyil. Bundan öncə də bənzər hadisələr qəzalarla nəticələnmişdi. Ən son iki gün əvvəl çöküb.