“Diqlas” tərəfdə baş verən yanğınla bağlı - RƏSMİ

21 May, 2019 19:35 | Sosial | Baxış sayı: 88
Yanğın
Yanğın

Nizami Rayon İcra Hakimiyyəti açıqlama yaydı

Bir müddət əvvəl tamamilə yanan "Diqlas" ticarət mərkəzinin yaxınlığında bu gün güclü yanğın baş verməsi ilə bağlı xəbərlər yayılıb.

İstiPress-ə Nizami Rayon İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilib ki, yanğın keçmiş ticarət mərkəzinin yaxınlığındakı boş ərazidə qeydə alınıb:

““Diqlas”ın yaxınlığındakı mühafizə olunan boş ərazidə toplanmış söküntü inşaat materiallarının yanması faktı aşkarlanıb və qısa müddət ərzində yanğın yerindəcə söndürülüb.

Ərazi müvafiq xidmət sahələri tərəfindən nəzarətdə saxlanılır”.

"Diqlas"da yanğın
"Diqlas"da yanğın