Roma Papasından tarixi etiraf: soyqırımı törətdiyimiz üçün..

21 Mart, 2017 05:21 | Sosial | Baxış sayı: 436
Roma papası Fransisk
Roma papası Fransisk

Baş verən vəhşiliyi görməməzliyə vuraraq vəzifələrinə xəyanət edirlər

266-cı Roma Papası, indiki Vatikan hökmdarı Katoliklərin ruhani lideri papa Fransisk 1994-cü ildə Ruandada baş vermiş qətliama görə üzr istəyib. İstiPress Milliyet-ə istinadən xəbər verir ki, ruhani lider bildirib ki, Vatikan bəzi rahib və rahibələrin baş verən vəhşiliyi görməməzliyə vuraraq vəzifələrinə xəyanət etdiklərini qəbul edir.  

Papa Fransisk 1994-cü ildə Ruandada törədilən soyqırımında katolik kilsəsinin də rolu olduğuna görə Allahdan bağışlanmaq diləyib.

"Bütün xristianlar adından kilsənin atdığı bütün səhv addımlara görə üzr istəyirik. Allaha bağlılıq andını pozan kilsə üzvlərinə görə təəssüf edirik".  Qeyd edək ki, 1994-cü ildə radikal hutular 100 gün davam edən qətliam zamanı 800 mindən çox hutu və tutsini vəhşicəsinə öldürüblər.