İlk pullu yolun istifadəyə veriləcəyi tarix açıqlandı

21 Fevral, 2020 15:23 | Sosial | Baxış sayı: 113
Yeni yol tikintisi
Yeni yol tikintisi

Təmir işləri ilin sonuna kimi davam edəcək

İlin sonunadək Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən paralel salınan (Zeynalabdin Tağıyev qəsəbəsindən 208-ci kilometrədək) yeni yolun 100 kilometrlik hissəsinin tikintisini başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bu barədə bildirib.

S. Məmmədov əlavə edib ki, alternativ yol tam istifadəyə verildikdən sonra Bakı-Quba yolunun beton hissəsinin bərpası təmin ediləcək.

"İlbəil Bakı-Quba yolunun beton hissəsinin sıradan çıxmış sahələrini təmir edirik. Yəqin ki, alternativ yol tam istifadəyə verildikdən sonra beton yolun yenidən bərpası təmin ediləcək".