Prezidentdən tapşırıq: Şuşa məscidinin oxşarı tikilsin!

21 Fevral, 2017 11:54 | Sosial | Baxış sayı: 181
Düşmənlə üz-üzə Cocuq Mərcanlı həyatı
Düşmənlə üz-üzə Cocuq Mərcanlı həyatı

Məscid Cocuq Mərcanlıda inşa ediləcək

Cocuq Mərcanlı kəndində Şuşa məscidinə oxşar məscid tikiləcək. İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

A. Paşazadə bildirib ki, bununla bağlı prezident İlham Əliyev ona öz tövsiyələrini verib: "Məhz cənab prezidentin ideyası ilə Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək".

Adıçəkilən kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 

2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bundan sonra kəndə nəzarət Azərbaycan tərəfinə keçib.

Şuşa məscidi
Şuşa məscidi