Qafqazın 128 yaşlı qadın sakini öldü

21 Yanvar, 2019 16:02 | Sosial | Baxış sayı: 89
Nanu Şaova oğlu Hüseynlə birlikdə
Nanu Şaova oğlu Hüseynlə birlikdə

Ölənə kimi qadının hafizəsi yerində olub

Rusiyanın Kabardin-Balkar Respublikasının Baksan rayonun Zayukovo kəndində da yaşayan 128 yaşlı Nanu Şaova dünyasını dəyişib.

İstiPress RİA “Novosti”yə istinadən xəbər verir ki, qadının 128 yaşında belə hafizəsi yerində olub.

O, 2017-ci ildə onun adı ölkənin ən yaşı vətəndaşı kimi Rusiyanın rekordlar kitabına daxil edilib.

Qadının oğlu Hüseyn Şaovun sözlərinə görə, Nanu Tsukovnanın 8 uşağı, 19 nəvəsi, 33 nəticəsi və 7 kötükcəsi var.