Rusiyadan azərbaycanlıların təxliyyəsi bərpa edilib

20 Noyabr, 2020 14:22 | Sosial | Baxış sayı: 156
Samur sərhəd keçid məntəqəsi
Samur sərhəd keçid məntəqəsi

Müəyyən fasilədən sonra qonşu ölkədə qalan soydaşlarımızın  Rusiyadan Azərbaycana keçməsinə start verilib.

İstiPress-in şimal bürosunun əldə etdiyi məlumata görə, bu gün Qusarın Azərbaycan-Rusiya sərhədində yerləşən Samur keçid məntəqəsindən ölkəmizə uzun müddətdir vətənə qayıda bilməyən 155 vətəndaşımızın keçidi təmin olunub.

İlk əvvəl Azərbaycan sərhədçilərinin qarşıladığl soydaşlarımızdan TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanasının tibbi personalı tərəfindən koronavirusa görə test nümunəsi alınıb. Tibbi müayinə və lazımi proseduralardan sonra Azərbaycan vətəndaşları karantinə alınacaqlar.