Rusiyadan daha 206 soydaşımız təxliyyə edildi

20 Oktyabr, 2020 16:12 | Sosial | Baxış sayı: 143
Samur sərhəd keçid məntəqəsi
Samur sərhəd keçid məntəqəsi

Üç həftəlik fasilədən sonra Rusiyada qalan Azərbaycan vətəndaşlarının yenidən ölkəyə buraxılmasına başlanılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu gün koronavirus səbəbindən Azərbaycana qayıda bilməyən 206 nəfər soydaşımız Qusarın Azərbaycan-Rusiya sərhədində yerləşən Samur sərhəd-keçid məntəqəsindən ölkəyə gətirilib.

Soydaşlarımızı ənənəvi olaraq Azərbaycan sərhədçiləri qarşılayıb və onlar lazımi prosedura üçün FHN-nin sərhəddəki qəbul-çeşidləmə məntəqəsinə yerləşdiriliblər. TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin tibbi briqadası Azərbaycana gələn vətəndaşlarımızdan koronavirusa qarşı test götürüblər.

Vətəndaşlar iki həftə karantində qalacaqlar. Test cavabı pozitiv çıxanlar isə Quba regional Covid-19 xəstəxanasına yerləşdiriləcəklər.