Azərbaycanda koronavirusa yoluxma iki dəfə artdı

20 Oktyabr, 2020 18:23 | Sosial | Baxış sayı: 59
Koronavirusun müayinəsi
Koronavirusun müayinəsi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9 028-dir.

Dünən koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınmışdı.