Bibiheybət yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

20 Oktyabr, 2017 14:19 | Sosial | Baxış sayı: 51
Yol
Yol

Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər olan hissə) yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

BNA-dan İstiPress-ə verilən məlumata görə, rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərdə tutulur.

Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.