Aşurada zəncir vurmayan rayonlar

20 Sentyabr, 2018 15:27 | Sosial | Baxış sayı: 427
Aşura günü
Aşura günü

Aksiya saat 18-dək davam edəcək

Aşura günündə şimal bölgəsində Quba və Xaçmaz rayonlarında qan vermə aksiyası keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər məscidində indiyədək 66, Qan Bankının Quba bölməsində isə 68 nəfər qan verib.

Verilən məlumata görə, yığılan qan yoxlamadan sonra hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara göndəriləcək.

Xaçmazda aksiya şəhər məscidində, Qubada isə Qan Bankının regional bölməsində keçirilir. Aksiya saat 18-dək davam edəcək.