Metronun bu stansiyasında artıq təmir başa çatır - FOTO

20 Sentyabr, 2017 14:29 | Sosial | Baxış sayı: 410
Bakı metrosu
Bakı metrosu

Təmir işləri çərçivəsində stansiyanın hər iki platformasında divarlar təmir edilib

Bakı metropoliteninin “Nizami” stansiyasında təmir işləri yaxın günlərdə başa çatacaq.

İstiPress xəbər verir ki, bunu Trend-ə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.

Onun sözlərinə görə, təmir işləri çərçivəsində stansiyanın hər iki platformasında divarlar təmir edilib, eləcə də platformalarda və onların altında təmir işləri aparılıb.

Bundan öncə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirmişdi ki, təmir-bərpa işlərinin sentyabrın 15-də başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, metronun "Nizami" stansiyasında təmir işləri bir ildən artıqdır davam edir.