Azərbaycanda 43 min qadın ana olmaqdan imtina etdi

20 Sentyabr, 2017 12:05 | Sosial | Baxış sayı: 245
Hamiləlik testi
Hamiləlik testi

Onlardan 10 mini mini abort edib

Azərbaycanda uşaq dünyaya gətirmək istəyənlərin sayı azalıb. Ötən il Azərbaycanda 158,1 min qadın dünyaya körpə gətirib. 2013-cü ildə isə bu rəqəm 171,5 min olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə 168,9 min, 2015-ci ildə 164,6 min qadın dünyaya uşaq gətirmək üçün müalicə müəssisələrinə müraciət edib.

Keçən il ərzində 43,6 min qadın abort üçün ginekoloqlara üz tutub. İl ərzində 10,5 min qadın mini abort, 60 nəfər dərman vasitəsilə dünyaya övlad gətirməkdən imtina edib.