Qubanın daha bir bir kəndində yanğın tam söndürülüb - YENİLƏNİB

20 Avqust, 2019 20:47 | Sosial | Baxış sayı: 153
Alpan kəndində yanğın söndürülən zaman
Alpan kəndində yanğın söndürülən zaman

Rayondakı 4 yanğında əhaliyə və bələdiyyəyə dəyən ziyanın həcmi dəqiqləşdirilir

Qubanın Zərqava kəndi ərazisində iki gündür davam edən yanğın tam söndürülüb. Artıq ərazidə tüstülənmə qeydə alınmır. Hər ehtimala qarşı ərazidə 1 yanğınsöndürən avtomil növbə çəkir.

İstiPress-in şimal bürosuna Quba İH başçısının müavini Xanlar Heybətov məlumat verib. 

16:31

İki gündür yerli qurumların və sakinlərin mübarizə apardığı Qubada bu gün daha bir kənddə - Alpan kəndində yanğın qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qubanın icra başçısı Ziyəddin Əliyev dərhal yanğın yerinə yollanıb.

Rayon rəhbərinə məlumat verilib ku, Alpan kəndində təxminən 30 hektar biçilmiş sahə və alma bağı yanıb, hazırda rayon FHK Alpan kəndində yanğının kəndlilərə nə qədər ziyan dəydiyini araşdırır.

Quba İH başçısı Ziyəddin Əliyev İstiPress-in sorğusuna cavab olaraq deyib ki, artıq 2-ci gündür sutka boyu heç bir istirahət etmədən rayonda 4 yerdə alovla mübarizə aparırlar: "Rayonun Zərqava, Hacıhüseynli, Küçeyli kəndlərindən sonra bu gün də Alpan kəndində biçilmiş əkin sahəsində və meyvə bağında qəfil yanğın başlayıb və artıq qarşısı alınıb."

Alpan kəndində yanğının söndürülməsində FHN-nin 2 yanğınsöndürən avtomobili və işçi qüvvəsi işləyib və alov tam söndürülüb.
Artıq Qubanın Zərqava kənd bələdiyyəsinin ərazisində 2 gündür davam edən yanğın da söndürülüb. Tüstülənmə bir qədər qalsa da, alov artıq tam zərərsizləşdirilib.

İH başçısının müavini Xanlar Heybətov məlumatında deyib ki, rayondakı yanğınların tam söndürülməsinə İH-nin 200-ə yaxın işçisi səfərbər olunub. Rayondakı 4 yanğında əhaliyə və bələdiyyəyə dəyən ziyanın həcmi dəqiqləşdirilir.