Ali məktəblərin boş yerlərinə müsabiqənin nəticələri açıqlandı

20 Avqust, 2019 15:59 | Sosial | Baxış sayı: 61
İmtahan
İmtahan

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

İstiPress-in məlumatına görə, nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna “9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (DİM) saytında da yerləşdiriləcək.

"Abituriyentlərə tövsiyə edirik ki, SMS-i bir dəfə göndərsinlər. Nəticələr elan olunmamış SMS göndərən abituriyentlərə də müsabiqə nəticələri barədə məlumat göndərilir", - deyə DİM-dən bildirilib.