Direktor olmaq istəyənlərin vaxtı bitdi

20 İyul, 2019 09:26 | Sosial | Baxış sayı: 32
İmtahan
İmtahan

Elektron qeydiyyat başa çatıb

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə elektron qeydiyyat başa çatıb. Qeydiyyat iyulun 13-də başlamışdı. 

Direktor vəzifəsinə qəbul mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilir. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər. 

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə 3000-ə yaxın namizəd elektron qeydiyyatdan keçib.