Kollektivi çox sevindirən ilk görüş

20 İyun, 2019 17:48 | Sosial | Baxış sayı: 220

İşçilərin bir qrupu qiymətli hədiyyələrlə və fəxri fəfmanlarla mükafatlandırılıb

Qubada səhiyyə işçilərinə sürpriz edklib.

İstiPress-in şimal bürosunun məlumatına görə, 17 iyun - tibb işçiləri günü qeyri-iş gününə təsadüf etdiyindən onların bayramı bu gün qeyd olunub.

2018-ci il oktyabr ayının 11-də yenidənqurmadan sonra yeni açılışı olan Quba rayon mərkəzi xəstəxanasının kollektivi peşə günlərinə həsr olunan mərasimdə Qubanın icra başçısı Ziyyəddin Əliyevi yanlarında görüblər.

Bu barədə rayon mərkəzi xəstəxanasının baş həkimi Əlyar Sərvərov məlumat verib. Onun məlumatına görə, yeni binanın açılışında prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva iştirak etmişdi: "Bu gün isə icra başçısı gəlib səhiyyə işçilərini təbrik etdi. Bu, 1200 nəfərluk kollektivimizi çox sevindirdi. Çünki 10 ildən çox idi idi ki, rayon rəhbərinin xəstəxanaya gəlməsinin şahidi olmamışdıq".

Mərasimdə icra başçısı Ziyəddin Əliyev kollektivə insanların sağlamlığı keşiyində durmaqda uğurlar arzulayıb. Uzun illər xəstəxanada çalışan tibb işçilərinin bir qrupu qiymətli hədiyyələrlə və fəxri fəfmanlarla mükafatlandırılıb.