Bu avtobusların yolu dəyişdirilib

20 May, 2020 14:39 | Sosial | Baxış sayı: 52
Avtobus
Avtobus

Təmir-tikinti işlər ilə əlaqədar olaraq

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar olaraq yol bağlanıb. 

İstiPress Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

91 nömrəli marşrut

İstiqamət:  Biləcəri qəs. Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.

92 nömrəli marşrut

İstiqamət: Biləcəri qəs. Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə.

202 nömrəli marşrut

Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı)