Azərbaycan daha 188 vətəndaşını təxliyə etdi

20 May, 2020 10:49 | Sosial | Baxış sayı: 37

Bu dəfə Berlindən

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 19 may tarixində Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

İstiPress-ə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən  bildirilib ki, həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.