Güclü külək rayonda ağacları kökündən çıxarıb

20 May, 2019 20:55 | Sosial | Baxış sayı: 73

Güclü qərb küləyi əsib

Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.

İstiPress-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. Qeyd edək ki, Milli Hidrometeorologiya Departamentindən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Nazirliyin rəsmisinin sözlərinə görə 19 may 2019-cu il tarixində İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb.

“Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”, - deyə bildirilib.