Bir sutkada 1874 sürücü cərimələndi

20 Aprel, 2020 10:06 | Sosial | Baxış sayı: 20
93647467_2519452298272068_3849417683749568512_n
93647467_2519452298272068_3849417683749568512_n

Onlar 211-ci maddə ilə məsuliyyətə cəlb ediliblər

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 19.04.2020-ci il saat 00:00-dan 20.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 874 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xatırladaq ki, ölkədə xüsusi karantin rejimi mayın 4-dək uzadılıb.