Yer geomaqnit qasırğası ilə üz-üzədir

20 Aprel, 2018 16:25 | Sosial | Baxış sayı: 111
maqnit qasırğası
maqnit qasırğası

Bu gün Yer kürəsində zəif geomaqnit qasırğası baş verib.

İstiPress-in məlumatına görə, Rusiya mətbuatı yazır ki, səhər saatlarından başlayan təbiət hadisəsi 6 saata yaxın davam edib.

Qasırğanın baş verməsinə səbəb Günəş küləyi sürətinin dəyişməsi olub.

Alimlər bildirib ki, bu il 7 geomaqnit qasırğası olub və proqnozlara görə, mayın ortalarına qədər başqa qasırğanın olması gözlənilmir.