Azərbaycana yaz gəldi - 9 günlük tətil başladı

20 Mart, 2020 08:40 | Sosial | Baxış sayı: 242
Təqvim
Təqvim

Bu il tətil martın 29-dək davam edəcək

Bu gün səhər saat 07:49-da yaz fəsli Azərbaycana daxil olub. Bununla da gecə gündüz bərabərliyi başlayıb. 

Qeyd edək ki, iyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq.

Martın 20-si və 21-i ölkə ərazisində Novruz bayramı qeyd ediləcək.Bu məqsədlə Azərbaycanda 9 günlük bayram tətili də başlayıb. 

Bayram münasibəti ilə 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Nəticədə bu il 9 gün bayram tətili olacaq. Yeni iş həftəsi isə martın 29-dan başlayacaq.

Yaz havası
Yaz havası