İtaliyada koronavirusdan ölənlərin sayı Çini keçdi

20 Mart, 2020 09:55 | Sosial | Baxış sayı: 273
Koronavirus testi
Koronavirus testi

Yoluxanların sayı da 5 min artıb

İtaliyada koronavirus infeksiyası qurbanlarının sayaı virusun mənbəyi olan Çini də ötüb. Son məlumata görə, gərgin vəziyyətin hökm sürdüyü İtaliyada ölü sayı 3405-ə yüksəlib. Çində isə bu rəqəm 3237 nəfər idi. Bununla da İtaliyada koronavirusdan dünyada insan itkisinin ən yüksək olduğu ölkə olub.

Yoluxanların sayı isə 5 mindən də çox artaraq 35713-dən 41035-ə yüksəlib. Virusdan sağalanların sayında da artım var - 4440.

Xatırladaq ki, koronavirus ötən ilin sonunda Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Qısa müddət əzində virus bütün dünya ölkəlrinə sıçrayıb. Nəticədə ÜST pandemiya elan edib. Xəstəlik təhlükəsinin yayılması ilə əlaqədar dünyanın bir çox ölkəsi sərhədlərini bağlayıb, ölkə daxilində izolyasiya tədbirləri həyata keçirir.