Türkiyədə güclü zəlzələ oldu

20 Mart, 2019 14:37 | Sosial | Baxış sayı: 331
Türkiyədə zəlzələ
Türkiyədə zəlzələ

Mərkəzdə 5,5 bal gücündə olub

Türkiyədə zəlzələ olub.

İstiPress-in "Haberler"ə istinadən verdiyi xəbərə görə, silkələnmə səhər saat 09:34-də Dənizli əyalətində baş verib. Episentri Acıpayam bölgəsində olan 5,5 ballıq zəlzələ zamanı ciddi fəsadlar qeydə alınmayıb.

Bölgənin Yaşıldərə kəndində yerləşən bir-iki binanın divarlarında çatlar əmələ gəlib. İlkin məlumata görə, insan tələfatı yoxdur.