Novruz Azərbaycana qar yağdırdı - 28 sm - FOTO, VİDEO

20 Mart, 2019 13:27 | Sosial | Baxış sayı: 364
Qusara qar yağıb
Qusara qar yağıb

Havanın temperaturu -4 dərəcə şaxta olub

Quba-Qusardan başqa Xızıya da qar yağıb. Burada qarın hündürlüyü 10 sm-ə çatır.

Xızıda qar
Xızıda qar

10:48

Baharın gəlişinə bir gün qalmış şimal bölgəsinə yenidən qar yağıb.

İstiPress-in şimal bürosuna Quba ərazi hidrometerolgiya müəssisəsindən verilən  məlumata görə, ən çox qar Qusarın Ləzə kəndinə yağıb - 28-sm.

Qubanın Xınalıq kəndinə 7 sm, Xaltan kəndinə 4 sm, Qrız kəndinə 8 sm qar yağıb. Havanın temperaturu isə -4 dərəcə şaxta olub.

Quba-Xınalıq yolunun 32-38-ci km-liklərinə də güclü qar yağıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba şöbəsinin əməkdaşı Bilal Sultanovun verdiyi məlumata görə, ərazidə 30 sm-ə yaxın qar var, hazırda problem olmaması üçün yolun qardan təmizlənməsinə başlanılıb.

Qubada Qriz Dehne kəndində qar
Qubada Qriz Dehne kəndində qar