Bakı metrosu bu gün pulsuz işlədi

20 Fevral, 2020 10:48 | Sosial | Baxış sayı: 172
Bakı metrosu
Bakı metrosu

"BakıKart" aparatlarında problem yaranıb

Bu gün növbəti dəfə bakıda metronun fəaliyyətində problem yaranıb. "BakıKart" aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.

Metropolitenin sözçüsü Bəxtiyar Məmmədov bildirib ki, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub: “BakıKart aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb. Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.