Bakıda temperatur 0 dərəcəyə düşür - qar yağacaq?

20 Yanvar, 2020 12:53 | Sosial | Baxış sayı: 1778
Qarlı hava
Qarlı hava

Həftənin ilk iş gününə gözlənilən hava proqnozu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.