Yağış geri qayıdır

19 Oktyabr, 2017 12:20 | Sosial | Baxış sayı: 298
Yağış
Yağış

Külək də güclənəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, oktyabrın 20-də gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir güclənəcək.  

Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-21° isti, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.