Dövlət işçilərinə hicab qadağan edildi - RƏSMİ

19 Oktyabr, 2017 16:00 | Sosial | Baxış sayı: 570
Hicablı qadın. Arxiv.
Hicablı qadın. Arxiv.

Kanadada bundan sonra hicab və niqab geyinmək qadağandır

Kanadanın Kvebek əyalətinin Milli Məclisi dövlət qulluqçularının hicab və niqab geyinməsinə qadağa qoyan qanunu qəbul edib.

İstiPress-in rus mətbuatına istinadən məlumatına görə, kommunikasiya və təhlükəsizlik baxımından onların bu geyimlərdə işə gəlmələrinə qadağa qoyan ölkə məclisi dövlət xidmətlərinin açıq üzlə aparılmasını məqsədəuyğun sayır.

Baş nazir Filipp Kuyar deyib ki, həkimlər, müəllimlər və tərbiyəçilərin örtülü şəkildə işləməsi yolverilməzdir.