Bakıda 13 küçədə təmir başlayır - bağlanacaqlar SİYAHI

19 Sentyabr, 2019 11:27 | Sosial | Baxış sayı: 144
Təmir ediləcək yol
Təmir ediləcək yol

Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur

Bakıda 13 küçədə təmir aparılacaq. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.

NZS” qəsəbəsinin əsas küçələrindən olan Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinə start verilib. Küçələrin ümumi uzunluğu 4.2 km təşkil edir.Sözügedən küçələr “NZS” qəsəbəsinin mərkəzi küçələri olmaqla Nobel və Babək prospektlərini birləşdirir. Buna görə küçələr boyu avtonəqliyyat vasitələrinin intensiv hərəkətini müşayət etmək mümkündür. 

Təmir işləri ilə əlaqədar olaraq, Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Bu üzdən sürücülərdən sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Ərazidə tıxac yaranmasın deyə onlardan öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-ə yaxın uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur. Bu aşağıdakı küçələrdir:
Məzahir Rüstəmov küçəsi – 1.4 km;
Qaçaq Nəbi küçəsi – 0.7 km;
Əliağa Şıxlinski küçəsi – 1.9 km;
Oksigen küçəsi – 0.6 km;
Natiq Əliyev küçəsi – 0.15 km;
İzzət Orucov küçəsi – 0.4 km;
İnqlab İsmayılov küçəsi – 4 km;
Kamandar Əhmədov küçəsi – 0.15 km;
Abdulla Rəhimov küçəsi – 0.95 km;
Yavər Əliyev küçəsi – 0.6 km;
Zeytun sovxozuna gedən yol – 0.85 km.