Sabahdan Bakının bu küçələrində hərəkət dayanır

19 Avqust, 2019 14:44 | Sosial | Baxış sayı: 75
Yolda rəngləmə işləri
Yolda rəngləmə işləri

Tikinti işləri 1 həftə davam edəcək

Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçəsində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, tikinti işləri 1 həftə davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Agentlik həm də yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyib.