Qubanın üçüncü kəndində yanğın başladı

19 Avqust, 2019 18:38 | Sosial | Baxış sayı: 143

Yanğının söndürülməsinə İH-nin 150 -yə yaxın işçisi cəlb olunub

Qubada  Zərqava və Hacıhüseynli kəndlərindən sonra rayonun Talabıqışlaq İnzibati Ərazi Dairəsinin Küçeyi kəndi ərazisində də yanğın baş verib.

İstiPress-in şimal bürosuna verilən məlumata görə, rayonun icra başçısı Ziyəddin Əliyev bu gün rayonda baş verən 3-cü yanğın ocağına da baş çəkib, yanan sahənin həcmi və dəyən ziyanla maraqlanıb.

Küçeyi kəndində 2 hektar biçilmiş ot sahəsi və 2 sakinin alma bağının bir hissəsi yanıb. Bu kənddə də alovun söndürülməsinə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlib.Üstəlik də yanğının söndürülməsində sakinlər və bələdiyyə üzvləri fəal iştirak ediblər.

Ümumiyyətlə, bu gün Qubada 3 yanğın ocağının söndürülməsinə İH-nin 150-yə yaxın işçisi cəlb olunub.