Məktəbli formasının qiyməti açıqlandı

19 Avqust, 2019 09:57 | Sosial | Baxış sayı: 229
Məktəbli forması
Məktəbli forması

Qiymətlər siniflərə görə fərqlənəcək

2020-2021-ci tədris ilindən Azərbaycanın bütün dövlət ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq ediləcək. Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirib. Onu sözlərinə görə, 2019-2020-ci tədris ili üçün ölkənin bütün ümumi təhsil müəssissələrində vahid məktəbli geyim forması tətbiq oluna bilməyəcək:

"Bu il məktəbli forması əvvəlki illərdəki kimi davam edəcək. Çünki bunun üçün çox ciddi hazırlıq işləri aparılır. Artıq Bakı Tikiş Evinə məktubla müraciət olunub. Hazırda müxtəlif eskiz formaları hazırlanır. Təhsil Nazirliyində bu məsələ ilə bağlı İşçi Qrupu yaradılıb. Nazir Ceyhun Bayramov bu məsələyə özü nəzarət edir". 

Vahid məktəbli formasında ibtidai siniflə yuxarı sinif şagirdlərinin geyim forması fərqlənəcək. Geyim forması hazırlanarkən fəsillər də nəzərə alınacaq.

Məktəbli formasının qiymətini Bakı Tikiş Evi müəyyənləşdirəcək.

Xatırladaq ki, bu il üçün vahid məktəbli formaları 40-46 manata təklif edilir. Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır.