Bu il məktəb forması dəyişəcək?

19 Avqust, 2019 15:14 | Sosial | Baxış sayı: 273
Məktəbli formaları
Məktəbli formaları

Təhsil Nazirliyi hamını maraqlandıran suala cavab verdi

"Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq". Bunu Təhsil Nazirliyinin rəsmisi Billurə Hacıyeva deyib. 

Onun sözlərinə görə, vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur və Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçı Qrupu yaradılıb.

"Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək. 

Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq".